EN

Braziliya millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ

Yarımmüdafiəçi Duqlas Luis "Yuventus"dan icarə əsasında "Aston Villa"ya qayıdıb.

Apasport.az xəbər verir ki, Birmingem klubu 27 yaşlı braziliyalını mövsümün sonuna qədər 2 milyon avroya icarəyə götürüb.

Müqavilədə futbolçunun 25 milyon avroya satınalma hüququ, həmçinin müəyyən şərtlər yerinə yetirildiyi halda 3,5 milyon avro məbləğində bonuslar nəzərdə tutulub.

Duqlas Luis daha əvvəl 2019–2024-cü illərdə "Aston Villa"nın formasını geyinib. O, "Yuventus" tərəfindən 50 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, cari mövsümün ilk yarısını braziliyalı "Nottingem Forest"də icarədə keçirib və Premyer Liqada 8 matçda iştirak edib.

“Fənərbaxça”da zədəli futbolçularla bağlı son durum

İspaniya millisinin vingeri London klubunda - Rəsmi

“Lans”dan müdafiə xəttinə yeni transfer

"Mançester Yunayted" "Everton"un futbolçusu ilə maraqlanır

45 yaşında klubunu dəyişdi

Chosen
15
2
apasport.az

2Sources