AZ

Əslində işə yaramayan 5 viral texnologiya fırıldağı

Sosial şəbəkələrdə tez-tez “genial” "texno lifehack"lər paylaşılıb, hansı ki, bir neçə dəqiqədə smartfon, kompüter və digər elektronika problemlərini həll edəcəyi iddia olunur. Belə videolar milyonlarla baxış toplayır, çünki sadə və inandırıcı görünür. Ekspertlər xəbərdarlıq edirlər: real həllər adətən daha darıxdırıcı və mürəkkəb olur və onları 15 saniyəyə sığışdırmaq mümkün deyil. 

HİT.az xəbər verir ki, BGR portalı praktikada işləməyən populyar nümunələri seçib.

1. Diş pastası ilə ekran çatlarını təmir etmək mümkün deyil

İnternetdə smartfon ekranındakı çatları diş pastası ilə ovmaq məsləhəti dolaşır – guya bu, cızıqları doldurur və şüşəni “yeni” edir. Əslində isə bu mifdir. Müasir ekranlar bir neçə mürəkkəb qat – şüşə, sensor və qoruyucu örtükdən ibarətdir. Diş pastası çatları bərpa edə bilməz, maksimum kiçik cızıqları müvəqqəti gizlədə bilər, lakin o, örtüyü zədələyir və ekran daha tez çirklənir, toxunuşa daha az reaksiya verir.

2. Düyü suya düşən telefonu xilas etmir

Bir çoxu smartfon suya düşəndə onu düyü qaba qoyur, ümid edir ki, düyü rütubəti çəkəcək. Həqiqət qismən belədir – düyü yalnız səthi nəm çəkir. Lakin su artıq cihazın içərisinə, çiplərə və kontaktlara daxil olubsa, düyü onu çıxarmaq üçün effektiv deyil. Həm də düyü tozu və dənələr portlara və dinamiklərə doluşa bilər. Nəticədə cihaz daxildən oksidləşir və ya yeni problemlər yaranır. Daha etibarlı üsul telefonu dərhal söndürmək və servisə müraciət etməkdir.

3. Operativ yaddaşı “yükləmək” mümkün deyil

İnternetdə ən qədim memlərdən biri RAM-ı artırmaqla cihazı sürətləndirmək vədi verir. Əslində RAM fiziki komponentdir və heç bir proqram onun həcmini artıra bilməz. Belə saytlar ya zarafat edir, ya da potensial təhlükəli proqram təminatı təqdim edir ki, cihazı yavaşlada və ya məlumat oğurlaya bilər.

4. Telefonu açmaq üçün universal kod yoxdur

İnternetdə tez-tez “hər hansı smartfonun şifrəsini açan” gizli kodlar göstərilir. Müasir cihazlar etibarlı qorunur və belə universal kodlar mövcud deyil. Bəzi kombinasiyalar servis menyusunu açır və texniki məlumat verir, amma şifrəni açmaqla əlaqəsi yoxdur. Səhv əməl isə bütün məlumatın silinməsinə səbəb ola bilər.

5. İnkognito rejimi bilet və otel qiymətlərini ucuzlaşdırmır

Düşüncə var ki, biletləri və otelləri inkognito rejimində axtarmaq onları ucuzlaşdırır. Əslində qiymətlərin formalaşması mövcudluq, tələb və bazar strategiyasından asılıdır, baxış tarixçənizdən yox. İnkognito yalnız kukiləri və avtomatik doldurmanı təmizləyir, real qiymətlərə təsir etmir.

Samir
 

Seçilən
0
17
hit.az

10Mənbələr