AZ

Elçin Quliyev generalı rəis təyin etdi FOTO

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.

Modern.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev Əmr imzalayıb.

Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri - “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.

N.Mirəzev bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.

O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və sücaət göstərib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Zəfər”, İkinci dərəcəli “Vətənə xidmətə görə”, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. (“Yeni Sabah”)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
12
modern.az

10Mənbələr