JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.BAKU.NEWS “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə DSX rəisi general-polkovnik Elçin Quliyev Əmr imzalayıb.Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri – “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.N.Mirzəyev bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və sücaət göstərib.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Zəfər”, ikinci dərəcəli “Vətənə xidmətə görə”, üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX