AZ

Gözəllik salonunda tərk edilən bacı-qardaşdan XƏBƏR VAR

Yazını böyüt
Yazını kiçilt

Bakıda anaları tərəfindən gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı qiymətləndirmə həyata keçirilir.

Hafta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

“Uşaqların mövcud vəziyyəti nəzərə alınaraq onlar ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda uşaqların qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən onlara fərdi inkişaf planı hazırlanacaq”, - açıqlamada bildirilib.

Qeyd edək ki, hazırda uşaqlar Mehriban Zeynalovanın Qadın və Uşaq Sığınacağındadırlar. Onlardan - qızın 8, oğlanın isə 9 yaşı var. Uşaqların heç bir sənədinin olmadığı, bu səbəbdən təhsildən yayındırıldıqları bildirilir. /qafqazinfo/

Seçilən
8
3
hafta.az

4Mənbələr