AZ

Ötən il Azərbaycanın icmal büdcəsində 3303,2 milyon manat profisit olub

2025-ci il icmal büdcənin gəlirləri 47955,1 milyon manat, xərcləri isə 44651,9 milyon manat icra olunub.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, icmal büdcədə 3303,2 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8088,7 milyon manat, xərcləri 7518,2 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2006,0 milyon manat, xərcləri 2418,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 17169,2 milyon manat, xərcləri 14586,5 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451,0 milyon manat, xərcləri 445,6 milyon manat təşkil edib.

Seçilən
5
6
teleqraf.com

10Mənbələr