2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 955,1 milyon manat, xərcləri isə 44 milyard 651,9 milyon manat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq cüzi və 4,2 % çoxdur.Son nəticədə ötən il büdcədə 3 milyard 303,2 milyon manat profisit yaranıb. Bu isə əvvəlki ilə nisbətən 35 % azdır. İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8 milyard 88,7 milyon manat, xərcləri 7 milyard 518,2 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 milyard 6 milyon manat, xərcləri 2 milyard 418 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 17 milyard 169,2 milyon manat, xərcləri 14 milyard 586,5 milyon manat icra olunub.Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451 milyon manat, xərcləri 445,6 milyon manat təşkil edib.