Cəbrayılın Horovlu kəndində köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
*** 12:58
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bundan əvvəl kəndə bir neçə dəfə köç olub. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndi 20 ailə (77 nəfər) köçürülüb.
Qalereya
*** 07:57
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə, 77 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.