AZ

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub.

Aznews.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 20 ailə olmaqla, 77 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Seçilən
39
7
aznews.az

10Mənbələr