AZ

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı açıqlandı

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kreditqoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,947 milyardmanat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkəiqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən495,6 milyon manat və ya 1,6%, 2025-ci ilin yanvarın 1-nə nisbətənisə 2,7 milyard manat və ya 9,1% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,867 milyard manatı dövlətbanklarının payına düşüb ki, bu da aylıq müqayisədə 232,1 milyonmanat və ya 3%, illik müqayisədə isə 716,6 milyon manat və ya 10%artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,196milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələolan göstərici ilə müqayisədə 145,4 milyon manat və ya 0,7%, ötənillin yanvarın 1-nə olan göstəriciyə nisbətən isə 1,9 milyard manatvə ya 9,2% çoxdur.

Bundan başqa, bu ilin yanvarın 1-nə ölkə iqtisadiyyatına kreditqoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,884milyard manat olub ki, bu da aylıq müqayisədə 118,2 milyon manat vəya 6,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,1 milyon manatvə ya 4% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kreditqoyuluşu ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl banklar tərəfindənkredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayankredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kreditqoyuluşunun 5,9%-ni təşkil edib.

Məqalədə:
Seçilən
68
50
az.trend.az

10Mənbələr