“Mançester Yunayted” Seneqalın və “Everton”un cinah oyunçusu İlimane Ndiayeni yay transfer siyahısına daxil etməsi gözlənilir.
Msport.z xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı qanad oyunçusunu əldə etmək üçün böyük məbləğ ödəməli ola bilər.
Lakin “Everton” hələlik seneqallı milli oyunçu üçün qiymət təyin etməyib və onun satılmadığını bildirib. Bu qış Ndiaye Afrika Millətlər Kubokunu qazanıb.
Qeyd edək ki, bu mövsüm “Everton”un cinah oyunçusu bütün yarışlarda 19 oyunda meydana çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.