Idman.biz saytına istinadən ain.az xəbər verir.
“Mançester Yunayted”in Seneqalın və “Everton”un cinah oyunçusu İlimane Ndiayeni yay transfer siyahısına daxil etməsi gözlənilir.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Məlumata görə, “qırmızı şeytanlar” 25 yaşlı qanad oyunçusunu əldə etmək üçün “böyük məbləğ” ödəməli ola bilər. Lakin “Everton” hələlik seneqallı milli oyunçu üçün qiymət təyin etməyib və onun satılmadığını bildirib.
Bu qış Ndiaye Afrika Millətlər Kubokunu qazanıb.
Bu mövsüm “Everton”un cinah oyunçusu bütün yarışlarda 19 oyunda meydana çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.