Bakı. Trend:
Uşaqların hüquq və mənafelərinin müdafiəsinin həyatakeçiriləcəyi hallar genişləndiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan AiləMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Qanun layihəsinə əsasən, valideynlər öldükdə və ya məlumolmadıqda, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdəvə ya ölmüş elan edildikdə, valideynlik hüquqlarından məhrumolunduqda və ya valideynlik hüquqları məhdudlaşdırıldıqda,fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətlihesab edildikdə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədarvalideynlik vəzifələrini həyata keçirə bilmədikdə, uşaqlarıntərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindənimtina etdikdə, uşaqları sosial xidmət müəssisələrindən götürməkdənimtina etdikdə, cəzaçəkmə müəssisələrində cəza çəkdikdə, həmçininvalideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq vəmənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qüvvədə olan qanuna görə, valideynlər öldükdə, valideynlikhüquqlarından məhrum olunduqda, valideynin hüquqlarıməhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayanhesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarlabirlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və yaonların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədənsosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtinaetdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallardauşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyətiorqanı tərəfindən həyata keçirilir.