AZ

Azərbaycan və Türkiyə dəmir yolları arasında Anlaşma Memorandumu imzalandı

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən, infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
59
18
cebheinfo.az

10Mənbələr