“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, sənədi ADY-nin sədri Rövşən Rüstəmovla TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt imzalayıb. Memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.
Sənədə əsasən, infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.


