BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İrana polad ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 38 milyon 921 min 71 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında İrana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artaraq, 3 milyon 738 min 97 dollara çatdırıb.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 509 milyon 662 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 5,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 541 milyon 573 min dollar məbləğində polad ixrac edib.