AZ

Keçən il Türkiyədən Fransaya mebel ixracı 246 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq, 246 milyon 761 min 85 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 22 milyon 367 min dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 737 milyon 174 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 7 milyard 987 milyon 82 min dollar məbləğində mebel ixrac edib.

Seçilən
64
49
turkic.world

10Mənbələr