AZ

"Qarabağ"ın Premyer Liqa oyunları yenidən Respublika Stadionunda

"Qarabağ"ın Premyer Liqa oyunları yenidən Respublika Stadionunda

"Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

AFN.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb ki, "Qarabağ” fevralın 1-dən etibarən Misli Premyer Liqasındakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Bildirilib ki, "Qarabağ” klubunun müraciətinə əsasən, "Turan Tovuz”un da müvəqqəti ev oyununu keçirəcəyi Azersun Arena-nın ot örtüyünün hazırkı vəziyyəti yaxşı olmadığından və durumun daha da ağırlaşmasının qarşısını almaq məqsədilə belə qərar verilib.

Stadionun hazırkı durumu, "Qarabağ” klubunun müraciəti və infrastruktur şəraitinin qorunması nəzərə alınaraq, PFL fevralın 1-dən etibarən "Qarabağ”ın ev oyunlarını növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməsinə qərar verib.

Qeyd olunub ki, oyunların başlama saatı və günü dəyişməyib.

Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsindəki ev matçlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib.

Seçilən
21
25
afn.az

10Mənbələr