AZ

2025-ci ildə xarici ticarət balansında müsbət saldo qeydə alınıb

Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir. 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 3.628,2 mln. ABŞ dolları təşkil edib və müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.

Qeyd edək ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi 2025-ci ildə 6.259,7 mln. ABŞ dolları həcmində qızıl idxal olunub.

Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, idxalın dinamikasının və ya daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.

Qızıl idxalı nəzərə alınmadan 2025-ci ildə Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6.922,8 mln. ABŞ dolları olub. Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 18.120,0 mln. ABŞ dolları təşkil edib ki, bu da 2024-cü il ilə müqayisədə cəmi 2,1% artım deməkdir.

Seçilən
7
2
vergiler.az

7Mənbələr