Bakı. Trend:
Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsindəməqsədyönlü tədbirlər davam etdirilir. 2025-ci ilin yanvar-noyabraylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eynidövrü ilə müqayisədə 7,3% artaraq 3,317 milyard ABŞ dolları təşkiledib. Cari ilin sonuna bu göstəricinin müstəqillik tarixinin ənyüksək səviyyəsinə çatması gözlənilir.
Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
Bildirilib ki, makroiqtisadi sabitliyin daha damöhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarınınmühüm elementlərindən biri kimi cari ilin yanvar-noyabr aylarında5,042 milyard ABŞ dolları həcmində qızıl idxal olunub.
Vurğulanıb ki, qızıl idxalı real istehlak və iqtisadi aktivlikilə bağlı olmadığından, idxalın dinamikasının və ya daxili tələbilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərəalınmır.
Qeyd edilib ki, qızıl idxalı nəzərə alınmadan cari ilinyanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansınınmüsbət saldosu 7,254 milyard ABŞ dolları olub. Qızıl idxalı istisnaolmaqla idxalın həcmi isə 16,147 milyard ABŞ dolları təşkil edibki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,5% artımdeməkdir.