AZ

Arpaçay su anbarının səthi donub FOTO

Sərt keçən qış fəsli və temperaturun kəskin aşağı düşməsi nəticəsində Şərur rayonunda yerləşən Arpaçay su anbarının səthi donub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su anbarının üzərində yaranan qalın buz qatı həm yerli sakinlər, həm də təbiətsevərlər üçün maraqlı və nadir görüntülər yaradıb.

Qeyd edək ki, 1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 milyon kubmetr, faydalı tutumu isə 140 milyon kubmetrdir.

Seçilən
10
11
yeniazerbaycan.com

10Mənbələr