ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Sərt keçən qış fəsli və temperaturun kəskin aşağı düşməsi nəticəsində Şərur rayonunda yerləşən Arpaçay su anbarının səthi donub.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, su anbarının üzərində yaranan qalın buz qatı həm yerli sakinlər, həm də təbiətsevərlər üçün maraqlı və nadir görüntülər yaradıb.
Qeyd edək ki, 1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 milyon kubmetr, faydalı tutumu isə 140 milyon kubmetrdir.





Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.