AZ

Elçin Məsiyev AL matçına təyinat aldı

Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus,az" xəbər verir ki, FIFA referisi Avropa Liqasının liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Midyullann" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) matçını idarə edəcək.

Ona yan xətt hakimləri Pərvin Talıbovla Elşad Abdullayev köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi şotlandiyalı Endryu Dallas olacaq. VAR hakiminin köməkçisi isə ingiltərəli Maykl Salisböridi.

"Midyullann" - "Dinamo" görüşü yanvarın 29-dan 30-na keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.

Seçilən
15
1
football-plus.az

2Mənbələr