AZ

Elçin Məsiyev Avropa Liqası matçına təyinat aldı

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi UEFA Avropa Liqası Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Midyullann" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) matçını idarə edəcək.

Ona yan xətt hakimləri Pərvin Talıbovla Elşad Abdullayev köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi şotlandiyalı Endryu Dallas olacaq. AVAR-da isə ingiltərəli Maykl Salisböri əyləşəcək.

Qeyd edək ki, "Midyullann" - "Dinamo" görüşü yanvarın 29-dan 30-na keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr