Fevralın 4-də Dövlət Uşaq Filarmoniyasında Azərbaycan musiqi və hərbi orkestr xidməti və musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunacaq.
Kulis.az xəbər verir ki, yubiley tədbiri çərçivəsində Hərbi Hava Qüvvələrinin Orkestri solo proqramla çıxış edəcək.
Proqram Yusif Axundzadənin zəngin yaradıcılıq yolunu, hərbi orkestrların inkişafındakı xidmətlərini və milli musiqi irsimizə verdiyi töhfələri əks etdirir.
Gecədə orkestrin ifasında Azərbaycan və dünya bəstəkarlarının seçmə əsərləri təqdim olunacaq.