AZ

Zaur Əliyev qeyri-formal məşğulluq barədə qanunvericilikdəki dəyişikliyi açıqlayıb



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında “Tibbi sığorta haqqında” Qanunda edilən dəyişikliklər barədə məlumat verib.

Sədr çıxışında bildirib ki, icbari tibbi sığorta 2021-ci ildən etibarən bütün ölkə üzrə tətbiq olunur və bu illər ərzində sistemin formalaşması və dayanıqlılığının təmin edilməsi üçün dövlət müəyyən əhali qruplarını sığortahaqqı ödəməkdən azad etmişdir. Yəni dövlət 5 il ərzində sözügedən vətəndaşların tibbi xidmət xərclərini öz üzərinə götürmüşdür. Növbəti mərhələdə nəzərdə tutulan məqsədyönlü maliyyələşmə modelinə keçid etməkdir.
Qanuna edilən dəyişikliklərdən biri də icbari tibbi sığorta sistemində sığortaolunan şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsinə və qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin bu sistemdə iştirak mexanizminin tənzimlənməsinə yönəlib. Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə özləri ödəyici kimi çıxış edəcəklər, digər şəxslər üzrə isə sığortahaqqının ödənilməsi mexanizmi dəyişmir.
Rəsmi işləyənlər sığortahaqlarını maaşlarından ödəyir, qeyri-formal fəaliyyət göstərən şəxslərin də eyni prinsiplə iştirak etməsi ədalətli bölgünü təmin edir. Bu addım həm də sistemin maliyyə sabitliyini qoruyacaq.
Sözügedən mexanizmin tətbiqi Nazirlər Kabinetinin müvafiq qaydası qüvvəyə mindikdən sonra mümkün olacaq. Bu səbəbdən qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin konkret siyahısı təsdiqlənənə qədər əvvəlki qaydada sığortadan istifadə edəcəklər.

İradə SARIYEVA

Seçilən
31
4
baki-xeber.com

6Mənbələr