Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında dilə gətirib. O, "Tibbi sığorta haqqında" Qanunda edilən dəyişikliklər barədə məlumat verib:
"Dövlət 5 il ərzində sözügedən vətəndaşların tibbi xidmət xərclərini öz üzərinə götürüb. Növbəti mərhələdə nəzərdə tutulan məqsədyönlü maliyyələşmə modelinə keçid etməkdir".
Zaur Əliyevin sözlərinə görə, qanuna edilən dəyişikliklərdən biri də icbari tibbi sığorta sistemində sığortaolunan şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsinə və qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin bu sistemdə iştirak mexanizminin tənzimlənməsinə yönəlib:
"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə özləri ödəyici kimi çıxış edəcəklər, digər şəxslər üzrə isə sığortahaqqının ödənilməsi mexanizmi dəyişmir.
Rəsmi işləyənlər sığortahaqlarını maaşlarından ödəyir, qeyri-formal fəaliyyət göstərən şəxslərin də eyni prinsiplə iştirak etməsi ədalətli bölgünü təmin edir. Bu addım həm də sistemin maliyyə sabitliyini qoruyacaq".
İdarə Heyətinin sədri məlumat verib ki, sözügedən mexanizmin tətbiqi Nazirlər Kabinetinin müvafiq qaydası qüvvəyə mindikdən sonra mümkün olacaq:"Bu səbəbdən qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin konkret siyahısı təsdiqlənənə qədər əvvəlki qaydada sığortadan istifadə edəcəklər".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta