Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzin məlumatı:
25.01.2026-ci il tarixində saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan təcili çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (qadın) bədənin müxtəlif nahiyələrin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 1999-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Pasiyentə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Telegram kanalımız