AZ

Dövlət Məşğulluq Agentliyində işə hazırlıq proqramları ilə bağlı statistika açıqlanıb

"2025-ci il ərzində 18 mindən çox vətəndaş işə hazırlıq proqramlarına cəlb olunub. Bu proqramlar çərçivəsində peşə hazırlığı, işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib".

QHT.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyində ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında Agentliyin idarə heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, cəlb olunan şəxslərin böyük əksəriyyəti xanımlar olub və onların arasında 1 mindən çox şəxs peşə hazırlığı kurslarında iştirak edib. Peşə hazırlığı proqramları əsasən kreativ və tələb olunan peşələr üzrə təşkil olunub:

"Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan dörd iş hazırlıq mərkəzi – Bakı, Göyçay, Gəncə və Bərdə yerləşən Qarabağ hazırlıq mərkəzləri – vətəndaşların peşə bacarıqlarının artırılmasında aktiv rol oynayıb. Eyni zamanda, özəl müəssisələrlə əməkdaşlıq nəticəsində tədris müəssisələrinin dəstəyi ilə vətəndaşların işə hazırlığı təmin edilir".

Sədr vurğulayıb ki, proqramlar əmək bazarının cari və gələcək tələblərinə uyğun olaraq davamlı şəkildə təkmilləşdiriləcək.

Seçilən
89
6
qht.az

10Mənbələr