AZ

"2025-ci ildə əhalinin 54%-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb" - Zaur Əliyev

"2025-ci ildə əhalinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb”.

Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin
yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını
nümayiş etdirir:

"Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Pasientlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb".

Zaur Əliyev qeyd etdi ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir.

Nuriyyə NATİQQIZI

Seçilən
62
3
redaktor.az

10Mənbələr