AZ

Naxçıvanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb

AzVision.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan Muxtar Respublikasındakı filialı təsis olunub. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında diqqətə çatdırıb ki, filialın yaradılmasında əsas məqsəd Naxçıvanda icbari tibbi sığorta sisteminin effektiv və dayanıqlı şəkildə tətbiqini təmin etmək, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərə çıxışını genişləndirmək, eləcə də tibbi xidmətlərin maliyyələşdirilməsi mexanizmlərini daha da təkmilləşdirməkdir:

"Yeni struktur həm Agentliklə tibb müəssisələri arasında koordinasiyanı gücləndirəcək, həm də icbari tibbi sığorta haqlarının toplanması və Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarət mexanizmlərinin həyata keçirilməsində mühüm rol oynayacaq".

Sədrin sözlərinə görə, filial həmçinin əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırılması, ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət, tibbi statistika və ekspertiza işlərinin təşkili kimi funksiyaları icra edəcək:

"Bununla yanaşı, regionda icbari tibbi sığorta ilə bağlı proseslərin elektronlaşdırılması və informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsinə də dəstək veriləcək".

Filialın fəaliyyəti Agentliyin ümumi idarəetmə çərçivəsində, mövcud qanunvericilik aktlarına uyğun şəkildə təşkil olunacaq.

AzVision.az
Seçilən
79
9
azvision.az

10Mənbələr