"Yeni struktur həm Agentliklə tibb müəssisələri arasında koordinasiyanı gücləndirəcək, həm də icbari tibbi sığorta haqlarının toplanması və Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarət mexanizmlərinin həyata keçirilməsində mühüm rol oynayacaq".

Sədrin sözlərinə görə, filial həmçinin əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırılması, ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət, tibbi statistika və ekspertiza işlərinin təşkili kimi funksiyaları icra edəcək:
"Bununla yanaşı, regionda icbari tibbi sığorta ilə bağlı proseslərin elektronlaşdırılması və informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsinə də dəstək veriləcək".
Filialın fəaliyyəti Agentliyin ümumi idarəetmə çərçivəsində, mövcud qanunvericilik aktlarına uyğun şəkildə təşkil olunacaq.
AzVision.az