AZ

İcbari tibbi sığorta üzrə nəticələr açıqlanıb

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib. O bildirib ki, statistikaya əsasən, hazırda İTS haqqı ödəyən əhalinin sayı 2 milyon 263 min 437 nəfər təşkil edir: "Bu da ölkə əhalisinin 22%-ə bərabərdir. İTS haqqı ödəyən şəxslər arasında tibbi xidmətlərdən istifadə edənlərin sayı 1 milyon 168 min 686 nəfər olub. Bu göstərici sığorta haqqı ödəyənlərin 52% əhatə edir". Zaur Əliyev diqqətə çatdırıb ki, ümumilikdə göstərilən tibbi xidmətlərin sayı 20 milyon 167 min 946, vətəndaşların tibb müəssisələrinə müraciətlərinin sayı isə 5 milyon 103 min 184 olub:

"Təhlil dövründə göstərilmiş tibbi xidmətlərin ümumi dəyəri 306 milyon manatdan çox təşkil edib. Bir pasiyentə düşən orta xərc isə 262 manat olub ki, bu da 2024-cü illə müqayisədə 195 manat azdır". İdarə Heyətinin sədrinin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində işəgötürənlər, işçilər və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqlarının həcmi 705 milyon 173 min 092 manat təşkil edib: "Ümumi müraciətlərdə İTS haqqı ödəyənlərin payı 22 faiz səviyyəsindədir". AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
2
azvision.az

10Mənbələr