AZ

Magistratura imtahanında iştirak edəcək şəxslərin sayı açıqlanıb

2026/2027-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün təsdiqlənən ərizə sayı məlum olub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Statistikaya görə, magistraturaya 1-ci cəhd qəbul imtahanına qeydiyyat üçün ümumlikdə 22777 ərizə təsdiqlənib. Bunun 20786-sı Azərbaycan bölməsi, 1991-i isə rus bölməsi üzrə təsdiqlənib.

magistratura üçün sənəd qəbulu dayandırılıb və imtahan 2026-cı il fevralın 15-də keçiriləcək.

Seçilən
23
7
anews.az

8Mənbələr