2026/2027-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün təsdiqlənən ərizə sayı məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Statistikaya görə, magistraturaya 1-ci cəhd qəbul imtahanına qeydiyyat üçün ümumlikdə 22777 ərizə təsdiqlənib. Bunun 20786-sı Azərbaycan bölməsi, 1991-i isə rus bölməsi üzrə təsdiqlənib.
Qeyd edək ki, magistratura üçün sənəd qəbulu dayandırılıb və imtahan 2026-cı il fevralın 15-də keçiriləcək.