AZ

Azərbaycanda maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 30-da qəbul etdiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Far.Az xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.

Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların və sənədlərin bu Məcəllənin 76-1.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Seçilən
28
14
far.az

10Mənbələr