Bakı. Trend:
Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların vəsənədlərin verilməsi qaydalarında dəyişiklik edilib.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının VergiMəcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda öz əksinitapıb.
Qanuna əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqişəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdəvergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutanAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyənedilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həminməlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunundəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədəməlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 günmüddətində şəxs tərəfindən maliyyə institutuna təqdimedilməlidir.
Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuşməlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlikstatusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatlarınvə sənədlərin yuxarıda müəyyən edilmiş müddətdə təqdim edilməməsinəgörə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati XətalarMəcəlləsinə müvafiq olaraq həyata keçiriləcək.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.