AZ

Alüminium ixracı üzrə göstəricilər açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən 242,4 milyon ABŞ dolları dəyərində 85,1 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23 faiz, həcm baxımından isə 17,2 faiz çoxdur.

Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində alüminium ixracının xüsusi çəkisi 7,44 faizə bərabər olub.

Seçilən
1
4
vergiler.az

6Mənbələr