AZ

Mis filizləri və konsentratlarının ixracı kəskin artıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən dəyəri 56,8 milyon ABŞ dolları dəyərində 29,8 min tona yaxın mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 27,2 dəfə, həcm baxımından isə 24,4 dəfə çoxdur.

Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 1,74 faizə bərabər olub.

Seçilən
7
1
vergiler.az

10Mənbələr