Yanvarın 23-də Trabzonspor Türkiyə Super Liqasının 19-cu turunda “Kasımpaşa”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, “Kasımpaşa”nın yarımmüdafiəçisi Kərəm Dəmirbay əlavə vaxtda qırmızı vərəqə alıb.
Cərimə zərbəsini yerinə yetirməyə və komandasını məğlubiyyətdən xilas etməyə hazırlaşan Dəmirbəy, uzun müddət topdan uzaqlaşmayan hakim Əli Yılmaza narazılığını bildirib və hakimi tələsdirmək qərarına gəlib.