AZ

Konqoda silahlıların hücumu nəticəsində 25 nəfər öldürülüb

Konqo Demokratik Respublikasının (KDR) şərqində "Demokratik Qüvvələr Birliyi"nin hücumu nəticəsində azı 25 nəfər həlak olub.

"Far.Az"un məlumatına görə, bu barədə AP agentliyi yerli insan haqları təşkilatlarına istinadən xəbər verib.

Məlumata görə, İturi əyalətində 15 nəfər bir evdə kilidlənərək diri-diri yandırılıb, yeddi nəfər isə güllələnib. Valeze Vokutu rayonunda daha üç nəfər öldürülüb.

"Demokratik Qüvvələr Birliyi" hələlik hadisədə iştirakı ilə bağlı məlumatı təsdiqləməyib.

Seçilən
19
3
far.az

6Mənbələr