Konqo Demokratik Respublikasının (KDR) şərqində Demokratik Qüvvələr Mitinqinin (RDF) hücumunda ən azı 25 nəfər ölüb.
APA xəbər verir i, bu barədə Associated Press (AP) yerli insan haqları təşkilatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Konqonun İturi əyalətində 15 nəfər bir evə kilidlənərək diri-diri yandırılıb, yeddi nəfər isə güllələnib. Valez Vokutu rayonunda isə daha üç nəfər həlak olub.
Konqo hökuməti hələlik hadisə ilə əlaqəsi olduğunu təsdiqləməyib.