AZ

İsrailin xarici işlər nazirinin Azərbaycana və Qazaxıstana səfəri başladı

BAKI, 25 yanvar. TELEQRAF

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 25-də diplomatik səfər çərçivəsində Azərbaycan və Qazaxıstana yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Gideon Saar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksəkvəzifəli rəsmilərlə görüşəcək. Səfər çərçivəsində nazir yəhudi icmasının nümayəndələri ilə də görüş keçirməyi planlaşdırır.

Astana səfəri zamanı Qazaxıstanın “İbrahim Sazişləri”nə qoşulması fonunda Saar Prezident Kasım-Jomart Tokayev, xarici işlər naziri Yermek Koşerbayev və digər rəsmi şəxslərlə danışıqlar aparacaq. Eyni zamanda onun Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə iştirakı gözlənilir.

Səfərdə İsrail xarici işlər nazirini su texnologiyaları və kənd təsərrüfatı, kiber­təhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edən 40-dan çox biznesmen və dövlət qurumu nümayəndəsindən ibarət ticarət-iqtisadi nümayəndə heyəti müşayiət edir.

Azərbaycan və Qazaxıstanda yerli sahibkarlar, hökumət və sənaye nümayəndələri ilə görüşlər, eləcə də müvafiq nazirlərin və biznes dairələrinin iştirakı ilə biznes forumlarının keçirilməsi planlaşdırılır.

Seçilən
82
17
teleqraf.com

10Mənbələr