AZ

La Liqa: “Real” “Vilyarreal”ı 2 cavabsız qolla yendi – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Espanyol”a, “Sevilya” isə “Atletik”ə qalib gəlib. Dörd qolun qeydə alındığı “Rayo Valyekano” – “Osasuna” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Real” da səfərdə “Vilyarreal”ı 2 cavabsız qolla yenib.

21-ci turun qalan görüşləri yanvarın 25-də və 26-da keçiriləcək.

İspaniya, La Liqa
21-ci tur
23 yanvar

Levante – Elçe 3:2
Qollar: P.Martines, 50. Dela, 68. Matturro, 90+6 – A.Rodriqes, 11. Boayar, 90+2.

24 yanvar

Rayo Valyekano – Osasuna 1:3
Qollar: Siss, 59 – Budimir, 29. Vertruvd, 90+1-öz qapısına. Osambela, 90+4.

Valensiya – Espanyol 3:2
Qollar: Duro, 15. E.Comert, 59. Ramazani, 90+4-pen – Terrats, 54. Kopete, 79-öz qapısına.

Sevilya – Atletik 2:1
Qollar: Peke, 42. A.Adams, 56-pen – Navarro, 40.

Vilyarreal – Real 0:2
Qollar: Mbappe, 47; 90+2-pen.

25 yanvar

17:00. Atletiko – Malyorka
19:15. Barselona – Real Ovyedo
21:30. Real Sosyedad – Selta
00:00. Alaves – Betis

26 yanvar

00:00. Jirona – Xetafe

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
49
6
arena.az

10Mənbələr