AZ

Liqa 1: Marsel “Olimpik”i “Lans”ı zirvədən endirdi – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Havr” – “Monako” matçında qapılara qol vurulmayıb. “Renn” doğma meydanda “Loryan”a 2 cavabsız qolla uduzub.

Lider “Lans” bu turda Marsel “Olimpik”inin qonağı olub və məğlubiyyətə üzülüb. Nəticədə, ilk oyun günündə qalib gəlmiş PSJ zirvəni “Lans”ın əlindən alıb.

19-cu tura yanvarın 25-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Fransa, Liqa 1
19-cu tur
23 yanvar

Oser – PSJ 0:1
Qol: Barkola, 79.

24 yanvar

Renn – Loryan 0:2
Qollar: Makenqo, 3. Paqis, 77.

Havr – Monako 0:0

Olimpik (Marsel) – Lans 3:1
Qollar: Quiri, 3; 75. Nvaneri, 13 – Fofana, 85.

25 yanvar

18:00. Nant – Nitsa
20:15. Brest – Tuluza
20:15. Mets – Olimpik (Lion)
20:15. Paris – Anje
23:45. Lill – Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
54
6
arena.az

10Mənbələr