AZ

"Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub

"Araz-Naxçıvan"ın futbolçusu Ramon Maçado Misli Premyer Liqasında 20-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, o, Misli Premyer Liqasının XVII turunun "İmişli" ilə səfər matçında (2:2) fərqlənib.

35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado "Neftçi"də 5, "Qəbələ"də 8, "Araz-Naxçıvan"da 7 dəfə rəqib qapısına yol tapıb.

R.Maçado Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə Reynaldo Silva başçılıq edir – 44 qol.

1. Reynaldo Silva - 44

2. Junivan Suares - 40

3. Junior Nildo - 37

4. Flavinyo - 31

5. Rafael Utziq - 26

6-8. Dodo - 23

Olavio Juninyo - 23

Kadi Borqes – 23

9. Mario Souza - 22

10. Felipe Santos - 21

11. Ramon Maçado - 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.

“Kəpəz” "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB

"Neftçi"dən 100-cü qolsuz oyun

Ayxan Abbasov: “Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq”

“Qəbələ”nin məşqçisi: “I Liqadan gələn komandasansa…”

Millimizin üzvü Bundesliqa klubunda - RƏSMİ

Seçilən
101
8
apasport.az

10Mənbələr