AZ

Premyer-liqada 11-ci braziliyalı - Maçado da 20-yə çatdı

Ramon Maçado premyer-liqada 20-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Misli premyer-liqasının 17-ci turunun “İmişli” ilə səfər matçında (2:2) fərqlənib.

35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. premyer-liqada 2021/22 mövsümündə debüt edən Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.

O, premyer-liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya Reynaldo Silva başçılıq edir – 44 qol.

1. Reynaldo Silva - 44
2. Junivan Suares - 40
3. Junior Nildo - 37
4. Flavinyo - 31
5. Rafael Utziq - 26
6-8. Dodo - 23
Olavio Juninyo - 23
Kadi Borqes – 23
9. Mario Souza - 22
10. Felipe Santos - 21
11. Ramon Maçado - 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.

Seçilən
96
8
football-plus.az

10Mənbələr