AZ

Neftçalada qəza: Azyaşlı öldü - YENİLƏNİB

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Redaktor.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - məlumatda vurğulanıb.

***

Neftçalada baş verən qəzada azyaşlı ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

Avtomobillərin toqquşmadı nəticəsində azyaşlı sərnişin ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
3
redaktor.az

8Mənbələr