AZ

Neftçalada baş verən qəzada azyaşlı ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - məlumatda vurğulanıb.

Seçilən
64
4
missiya.az

8Mənbələr