“Comex”də (aprel 2026 kontraktı) qızılın bir troya unsiyasının qiyməti 5 017 dollar təşkil edib ki, bu da sutka ərzində 67,6 dollar və ya 1,37% artım deməkdir.
Spot bazarda isə qızıl 4 987 dollar səviyyəsində qərarlaşıb və 1,04% bahalaşıb.
Eyni zamanda, digər qiymətli metallar üzrə də yüksəliş müşahidə olunur. Gümüş “Comex”də 5,15% artımla 101,33 dollar, platin spot bazarda 5,35% yüksəlişlə 2 778 dollar, mis isə 2,92% artımla 594,75 sent/funt səviyyəsinə qalxıb./apa